Skip to main content
Life at Bir logo

Elektron Ticarət Platformasının Etimad və Keyfiyyət üzrə Meneceri

Life at Bir
2 hours ago
Full-time
On-site
Baku, Azerbaijan
Ümumi məlumat

Elektron Ticarət Platformasının Etimad və Keyfiyyət üzrə Meneceri satıcıların fəaliyyət keyfiyyətinə, sifarişlərin düzgün və vaxtında icrasına, eləcə də məhsulların orijinallığına nəzarət edir. Əsas məqsədi müştəri məmnuniyyətini artırmaq, şikayət və qaytarmaları azaltmaq, platformada etibarlı alış-veriş mühiti yaratmaqdır.

Öhdəliklər

  • Satıcıların sifarişləri icraetmə keyfiyyətinə nəzarət (SLA) — sifarişlərin vaxtında və düzgün icrasının, ləğvlərin və komplektasiya səhvlərinin monitorinqi, pozuntular zamanı məhdudiyyətlərin tətbiqi və bloklama tədbirlərinin görülməsi.
  • White List siyahısının idarə edilməsi — satıcıların siyahıya daxil edilməsi meyarlarının hazırlanması, fəaliyyət göstəricilərinin mütəmadi qiymətləndirilməsi və siyahının yenilənməsi.
  • Məhsul çeşidinin orijinallığına və keyfiyyətinə nəzarət — saxta və kontrafakt məhsulların aşkarlanması, məhsulların yoxlanılması, qaydalara uyğun olmayan məhsul kartlarının və satıcıların bloklanması, hüquq sahibləri ilə əməkdaşlıq.
  • Qaytarmaların və şikayətlərin təhlili — qaytarmaların əsas səbəblərinin, problemli satıcıların və məhsulların müəyyən edilməsi, düzəldici tədbirlərin hazırlanması və tətbiqi.
  • Müştəri təcrübəsinin idarə edilməsi (NPS/CSAT) — müştəri rəylərinin, mənfi şərhlərin və müraciətlərin təhlili, müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi.
  • Nəzarət qaydalarının təkmilləşdirilməsi və avtomatlaşdırılması — SLA meyarlarının, bloklama qaydalarının və pozuntuların aşkarlanması mexanizmlərinin BI və Product komandaları ilə birgə təkmilləşdirilməsi.
  • Daxili qayda və prosedurların hazırlanması və yenilənməsi — satıcıların qiymətləndirilməsi, məhsul çeşidinin keyfiyyətinə nəzarət və qaytarmaların idarə edilməsi üzrə qaydaların təkmilləşdirilməsi.
  • Funksiyalararası əməkdaşlıq — kateqoriya menecerləri, BDM, Merchant Support, müştəri xidmətləri, BI və Product komandaları ilə koordinasiyalı işin təşkili.
  • Analitika və hesabatlılıq — əsas keyfiyyət göstəricilərinin monitorinqi, fərziyyələrin yoxlanılması, görülən tədbirlərin effektivliyinin qiymətləndirilməsi və rəhbərlik üçün hesabatların hazırlanması.

Tələblər

  • İş təcrübəsi: Analitika, keyfiyyətə nəzarət, əməliyyatların idarə edilməsi və ya Trust & Safety sahəsində minimum 3 il təcrübə. E-ticarət sahəsində təcrübə üstünlükdür.
  • Məlumatlarla iş: Excel/Google Sheets və Power BI proqramlarından qabaqcıl səviyyədə istifadə bacarığı, böyük həcmli məlumatların təhlili təcrübəsi.
  • Analitik bacarıqlar: Əsas statistika, A/B testləri və qərarların effektivliyinin qiymətləndirilməsi üzrə biliklər.
  • Proses yanaşması: Qaydaların, qiymətləndirmə meyarlarının və avtomatlaşdırma prosedurlarının hazırlanması bacarığı.
  • Nəticəyönümlülük: Proseslərin və ya göstəricilərin başdan sona (end-to-end) idarə edilməsi və ölçülə bilən nəticələr əldə etmək təcrübəsi.
  • Diqqətlilik və sistemlilik: Anomaliyaları aşkarlamaq, problemlərin səbəblərini təhlil etmək və məlumatlara əsaslanan həllər tapmaq bacarığı.
  • Məsuliyyət və qətiyyət: Müstəqil qərarvermə və əsaslandırılmış mövqeyi müdafiə etmək bacarığı.
  • Kommunikasiya və dil bilikləri: Hesabatların hazırlanması, komandalarla effektiv əməkdaşlıq, Azərbaycan, rus və ingilis dillərini bilmək.